18 İyun 2024, 12:43
FUTBOL
Premyer Liqaya qayıdan “Şamaxı” yeni mövsüm üçün heyətini formalaşdırmaq prosesini davam etdirir. Matc.az xəbər verir ki, bölgə klubu heyətinə daha bir yeni futbolçu qatıb.
Ötən mövsümü "Turan Tovuz"da keçirən və Qərb təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan Belajdi Pusi ilə danışıqlar müsbət nəticələnib. Yenidən Ayxan Abbasovun rəhbərliyin altında oynayacaq 26 yaşlı hücumçu “Şamaxı” ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, albaniyalı futbolçu 2023-cü ilin yanvarından "Turan Tovuz"un formasını geyinirdi.