17 İyun 2024, 20:48
FUTBOL
“Heç kim bu nəticəni gözləmirdi”.
Matc.az xəbər verir ki, bunu futbol üzrə Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsində Rumıniyaya uduzduqları (0:3) oyun barədə danışarkən deyib.
Mütəxəssis topa sahib olsalar da, qol vəziyyətləri yarada bilmədiklərini söyləyib: "Qarşıda bizi Slovakiya yığması ilə çox ciddi qarşılaşma gözləyir. Növbəti matça hazırlaşmalıyıq".
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.