17 İyun 2024, 13:51
FUTBOL
Avropa klublarının yeni reytinq cədvəli müəyyənləşib. Matc.az xəbər verir ki, Azərbaycanın 4 komandası siyahıya düşməyi bacarıb.
Onlardan ən yüksək reytinq “Qarabağ”dadı. Azərbaycan çempionu hətta ilk “100-lüy”ə düşüb. Qurban Qurbanovun yetirmələri 259 xalla 62-ci pillədədi.
Digər təmsilçilərimizin göstəriciləri o qədər də yüksək deyil. “Neftçi” 19 xalla 245-ci, “Sabah” 15 xalla 267-ci, “Zirə” isə 6 xalla 336-cı yerdədi.
400 klubun qərarlaşdığı siyahıya 2362 xalla “Real” başçılıq edir.