17 İyun 2024, 16:43
FUTBOL
“Real” müdafiəçisi Daniel Karvahalla əməkdaşlığı davam etdirmək niyyətindədi. Matc.az xəbər verir ki, “kral klubu” bu məqsədlə ona yeni müqavilə təklif edəcək.
İspaniya çempionu 32 yaşlı sağ cinah oyunçusu ilə ilkin təmasa keçib. Rəhbərlik Avropa çempionatından sonra kapitanı ilə yeni sözləşmə bağlamağa çalışacaq. Oyunçunun meneceri də bu barədə məlumatlandırılıb.
Qeyd edək ki, Dani Karvahalın madridlilərlə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdi.