İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqhem 2024-cü il Avropa çempionatının qrup mərhələsinin I turunun Serbiya ilə oyunundakı qələbəni şərh edib.

Matc.az xəbər veri ki, futbolçu qarşıdan gələn oyunlarla bağlı nikbin danışıb.

“Yaxşı oyun oldu. Serbiya yaxşı, güclü, əzmkar komandadı. Əsas olan oyuna yaxşı hazırlaşmağımız idi və biz buna nail olduq. Hər şeyi doğru etdik və hər kəs nə edəcəyini bilirdi. Standartlarımıza sadiq qalaraq növbəti rəqiblərlə qarşılaşacağıq. Komandada pozitivlik var və biz növbəti rəqibə qarşı köklənmişik”.

Qeyd edək ki, İngiltərə yığması Serbiyanı məğlub edərək C qrupunda turnir cədvəlinə başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest