Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Almaniyada keçiriləcək Avropa çempionatında komandanın perspektivlərindən danışıb.
Matc.az xəbər verir ki, o, Portuqaliya millisinin şanslarını yüksək dəyərləndirib.
“İndiki nəslin inanılmaz istedadını və akademiyaların yetişdirdiyi perspektivli gənclərin daimi axınını nəzərə alsaq, Portuqaliya futbolunun gələcəyi parlaqdır. Portuqaliyada təcrübəli oyunçularla perspektivli gənclər arasında yaxşı balanslaşdırılmış güclü komanda var. Dünya çempionatında olduğu kimi, Avropada da çox vaxt kiçik anlar oyunun taleyini həll edir və bu da proqnozları çətinləşdirir. Buna baxmayaraq, Portuqaliya ilk oyunda qalib gələ biləcək beş böyük komanda arasındadır”.
Qeyd edək ki, AVRO-2024-də Portuqaliya F qrupunda Çexiya, Türkiyə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.