İngiltərə Futbol Assosiasiyası (FA) azarkeşlərinə qeyri-etik davranışlar aşkar edilərsə, qarşıdakı UEFA AVRO-2024 matçları üçün biletlərinin müsadirə olunacağı ilə bağlı xəbərdarlıq edib.

Matc.az xəbər verir ki, biletlərin müsadirəsi ilə yanaşı, həmin azarkeşlər İngiltərədə futbol matçlarına gəlmək qadağası ilə də üzləşə bilər.

FA-nın öz təhlükəsizliyini və İngiltərə millisinin bütün oyunlarında nizam-intizamı qoruyacaq və köməklik göstərəcək stüardlarla təmin edəcəyi bildirilib.

Qeyd edək ki, 2024-cü il Avropa çempionatında İngiltərə yığması Serbiya, Sloveniya və Danimarka ilə eyni qrupda çıxış edəcək. İngiltərə millisi qrup mərhələsində ilk oyununu bu gün keçirəcək və rəqibi Serbiya millisi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest