Bu gün keçiriləcək 2024-cü il Avropa çempionatının qrup mərhələsinin I turunun Polşa - Niderland matçı öncəsi azarkeşlərin yürüşü zamanı polis atəş açıb.

Matc.az xəbər verir ki, bu bərədə məlumatı “Bild” paylaşıb.

Bildirilir ki, qəzəbli şəxs balta ilə azarkeşlərə və polisin özlərinə hücum etdiyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları silahdan istifadə etməli olub.

Polis əvvəlcə bibər qazından, sonra isə odlu silahdan istifadə dərək onu ayağından yaralayıb. Hazırda ona tibbi yardım göstərilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest