16 İyun 2024, 12:26
FUTBOL
“Bavariya” yarımmüdafiəçi Aleksandar Pavloviç ilə yeni müqavilə bağlayıb.
Matc.az xəbər verir ki, Almaniya klubu 20 yaşlı futbolçu ilə müqaviləni 2029-cu ilə qədər uzadıb.
Xatırladaq ki, Pavloviç ötən mövsüm bütün turnirlərdə 25 matçda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun klubla əvvəlki müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.