16 İyun 2024, 11:50
FUTBOL
“Fənərbaxça” və Serbiya millisinin hücumçusu Duşan Tadiç AVRO-2024-də İngiltərə ilə oyundan gözləntilərini bölüşüb.
Matc.az xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə bu barədə açıqlama verib.
“Bizim kifayət qədər təcrübəmiz var. Mitroviç və mən İngiltərədə bir miras qoymuşuq, oynadığımız komandalarda vacib oyunçular idik. İngiltərə inanılmaz komandadır, turnirin favoritlərindən sayılır. Amma bizi ciddi rəqib olaraq gördüklərini düşünürəm”.