Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-in 19-cu turunda “Filadelfiya Yunion”un qonağı olub.

Matc.az xəbər verir ki, Çesterdə “Subaru Park” stadionunda baş tutan görüş “İnter Mayami”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

69-cu dəqiqədə qonaqların heyətində David Ruiz meydandan qovulub, 84-cü dəqiqədə isə Tomas Aviles meydanı tərk edib.

“İnter Mayami” qələbə qolunu əlavə olunmuş vaxtın dördüncü dəqiqəsində vurub. Bu görüşdə hücumçular Lionel Messi və Luis Suares iştirak etməyib.

Hazırda turnir cədvəlində “İnter Mayami” 38 xalla liderdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest