Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev daha bir mövsüm “Kocaelispor”da çıxış edəcək. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisi 28 yaşlı hücumçunu komandada saxlamaq qərarına gəlib.

Bu, heç də Şeydayevin uğurlu çıxışı ilə əlaqəli deyil. Məsələ burasındadı ki, forvard yerli statusda çıxış etdiyindən, onun müqaviləsinin sonuna qədər qalması qərara alınıb. Lakin yeni mövsümdə heyətə düşmək Şeydayev üçün asan olmayacaq. Çünki “Kocaelispor” yay fasiləsində yeni hücumçular transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Ramil Şeydayevin “Kocaelispor”la müqaviləsi növbəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest