Dortmund “Borussiya”sı baş məşqçi Edin Terziçlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, almaniyalı çalışdırıcı 2010-cu ildən bəri “Borussiya”da işləyib. O, 2022-ci ildə komandanın baş məşqçisi vəzifəsinə gətirilib. Dortmundlular Terziçin rəhbərliyi altında ötən mövsüm Çempionlar Liqasında finala qədər irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest