"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik".

“AFFA rəhbərliyi olaraq ona inanırıq. Danışıqlar prosesində onun da bizə inandığının şahidi olduq. Yığmanın müəyyən matçlarına baxıb”. Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Federasiya rəsmisi uğurlu iş birliyinə ümid etdiklərini söyləyib: "Fernandu Santuşa xoş gəlmisiniz deyirik və uğurlar arzulayırıq. Milli rəqibdən asılı olmayaraq, meydana qələbə üçün çıxmalıdır. Fernandu Santuş da məğlubiyyəti qəbul etməyən mütəxəssisdir".

S.Hacıyev seçmə mərhələlərdə hər qrupda reallığı nəzərə almağın vacib olduğunu da söyləyib.

O bildirib ki, AFFA rəhbərliyi Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb. Müqavilənin bəzi hissələrini açıqlaya bilmərik. Bu normaldı”.

Hacıyev 69 yaşlı mütəxəssisin Polşa millisindən və Türkiyənin "Beşiktaş" klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib: "Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest