13 İyun 2024, 11:03
FUTBOL
Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Şamaxı”da yeni baş məşqçi təyinatı rəsmiləşib.
Matc.az xəbər verir ki, bu vəzifəyə Ayxan Abbasov gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ayxan Abbasovun son iş yeri bu yay ayrıldığı “Turan Tovuz” olub.