13 İyun 2024, 12:46
FUTBOL
İspaniya millisinin müdafiəçisi Aymerik Laporte ölkəsinə qayıtmağa yaxındı. Matc.az xəbər verir ki, hazırda “Əl-Nəsr”də çıxış edən 30 yaşlı oyunçu La Liqanın 2 klubundan təklif alıb.
Konkret olaraq “Atletiko” və Laportenin sabiq komandası “Atletik” onu heyətə cəlb etmək üçün mübarizə aparır. Hər iki klub oyunçunun menecerinə rəsmi təklif də göndərib. Lakin mərkəz müdafiəçisi özü hələlik yekun qərarını verməyib.
Qeyd edək ki, Aymerik Laporte Səudiyyə Ərəbistanı klubuna ötən il “Mançester Siti”dən keçib.