13 İyun 2024, 11:49
FUTBOL
“Çelsi” Konor Qallaheri satmaqla bağlı qərarını dəyişməyi düşünür. Matc.az xəbər verir ki, İngiltərə klubu hətta 24 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif etmək istəyir.
Premyer Liqa təmsilçisi oyunçusunu satmaq fikrinə indi şübhə ilə yanaşır. Rəhbərlik hazırda Qallaherə gələn mövsümün sonunda başa çatacaq müqavilənin uzadılmasını təklif etmək imkanını nəzərdən keçirir. Futbolçu özü də “Çelsi”də qalmaq arzusundadı. O, Premyer Liqanın digər komandaları “Aston Villa”, “Tottenhem”, həmçinin İspaniya klubu “Atletiko”nun da maraq dairəsindədi.
Qeyd edək ki, Konor Qallaher ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.