“Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi Rafael Varan ABŞ-a köçə bilər. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü “İnter Mayami”nin formasını geyinməyə yaxındı.

Hazırda azad agent statusu daşıyan 31 yaşlı oyunçunun meneceri MLS klubu ilə danışıqlara başlayıb. Yaxın müddətdə bu keçidin reallaşması gözlənilir.

Qeyd edək ki, Rafael Varan 2021-ci ildən bu yaya qədər “Mançester Yunayted”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest