13 İyun 2024, 09:18
FUTBOL
“Qarabağ”ın futbolçusu Leandro Andrade Türkiyəyə köçməyə yaxındı. Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İddiaya görə, Superliqa təmsilçisi Kabo Verde millisinin yarımmüdafiəçisinin meneceri ilə danışıqlarda irəliləyişə nail olub. Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir. “Beşiktaş”ın keçid üçün “Qarabağ”a müraciət etdiyi də vurğulanıb.
Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.