13 İyun 2024, 02:53
FUTBOL
Türkiyənin “Beşiktaş” klubu “Zenit”lə Gedson Fernandes və Baktiyor Zaynutdinovun transferi ilə bağlı razılığa gəlib.
Matc.az xəbər verir ki, İstanbul klubu iki futbolçunun transferi üçün “Zenit”dən ümumilikdə 24 milyon avro alacaq. Müqaviləyə bonus müddəaları da daxildir.
Ötən mövsüm 26 yaşlı Zaunutdinov bütün turnirlərdə 42 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
25 yaşlı Fernandes isə ötən mövsüm “Beşiktaş”ın heyətində bütün turnirlərdə 45 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, ötən mövsümün sonunda “Zenit” Rusiya çempionatının və ölkə kubokunun qalibi olub.