Almaniyanın “Auqsburq” klubu Xorvatiya millisinin qapıçısını rənglərinə bağlayıb.

Matc.az xəbər veri ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Xorvatiya millisinin qapıçısı Nedilko Labroviç “Riyeka”dan “Auqsburq”a keçib.

Klublar arası sövdələşmədə transfer məbləği 2,5 milyon avro olub.

Qeyd edək ki, ötən mövsüm 24 yaşlı qolkiper “Riyeka”nın heyətində 41 oyun keçirib, 35 qol buraxıb və 20 qarşılamda qapısınını toxunulmaz saxlayıb. Onu da bildirək ki, Labroviç Xorvatiya millisinin AVRO-2024 üçün heyətinə daxil edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest