12 İyun 2024, 18:39
FUTBOL
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo AVRO-2024 ilə bağlı sualları cavablandırıb.
Matc.az xəbər verir ki, Mourinyo “TNT Sports”a turnirlə bağlı proqnoz verib.
- Qalib kim olacaq?
- Portuqaliya.
- Gümüşü kim alacaq?
- İngiltərə.
- Sürpriz komanda?
- İngiltərə, Hollandiya və İspaniyadan başqa istənilən komandanın, hətta Almaniya kimi yüksək statuslu komandaların uğuru mənim üçün sürpriz olacaq.
- “Qızıl buts”?
- Harri Keyn.
- Ən yaxşı oyunçu?
- Jude Bellinqem.
- “Qızıl top”u kim qazanacaq?
- Vinisius.