Alman futbolunun üç əfsanəsi karyeralarını başa vururlar.
Matc.az xəbər verir ki, AVRO-2024-ün sonunda Toni Kroos karyerasını başa vuracaq və onun ardınca isə “Bavariya”nın iki ulduzu futbolçusu da aktiv futbol həyatını sonlandıracaq.
Belə ki, Leverkuzen rəhbərliyi Manuel Noyer və Tomas Müllerin 2025-ci ildə karyeralarını başa vuracaqlarını gözləyirlər. Bu, “Bavariya”nın maaş öhdəliklərini yüngülləşdirməyə kömək edəcəkdir.
Hər iki oyunçu birlikdə ildə 40 milyon avro qazanır və komandanın ən yüksək maaş alan oyunçularıdır. Bu oyunçularla vidalaşmaq, artıq 2025-ci ildə yeni, yüksək məvacibli oyunçuların alınmasına imkan yaradacaq.
Qeyd edək ki, 38 yaşlı Noyer 2011-ci ildən “Bavariya”nın futbolçusu olub, komandaya “Şalke”dən transfer edilib. 34 yaşlı Müller isə klubun akademiyasının yetirməsidir və 2008-ci ildən əsas komandada çıxış edir.