12 İyun 2024, 17:17
FUTBOL
“Milan”ın baş məşqçi postuna kimi gətirəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd olunub ki, “rossonyerlər”in yeni baş məşqçisinin adı tezliklə açıqlanacaq. “Milan”ı Paulo Fonsekanın çalışacağı bildirilir. Tərəflər arasında 2 illik müqavilə imzalanacaq. Son iş yeri “Lill” olan Fonseka İtaliya təmsilçisində illik 2,5 milyon avro maaş alacaq.
Qeyd edək ki, Fonseka bu postda Stefano Piolini əvəzləyəcək.