12 İyun 2024, 15:23
FUTBOL
Almaniya və Şotlandiya yığmaları arasında baş tutacaq görüş FIFA referisi Kleman Tyurpenə həvalə edilib. Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaqlar.
AVRO-2024-ün açılış oyunun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, Almaniya və Şotlandiya yığmaları arasında baş tutacaq görüş FIFA referisi Kleman Tyurpenə həvalə edilib.
Ona Nikolya Dano və Benjamen Paje yardımçı olacaqlar. Fransua Leteksye dördüncü hakim funksiyasını icra edəcək.
VAR hakimi Jerom Brisara isə Villi Delajo və Massimiliano İrrati kömək edəcəklər.
Qeyd edək ki, iyunun 14-də keçiriləcək Almaniya - Şotlandiya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.