“Qarabağ” sabiq futbolçusu Kadi Borgesi geri qaytarmaq istəyir. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi bu məqsədlə braziliyalı oyunçu ilə hazırda danışıq aparır.

“Köhlən atlılar” Kadinin hazırda çıxış etdiyi “Krasnodar” klubuna rəsmi təklif göndəriblər. Bunu futbolçunun meneceri Xelsio Alisk təsdiqləyib. O, “Qarabağ”ın rəsmi təkliflə müraciət etdiyini, ancaq hələlik danışıqların yekunlaşmadığını bildirib: “Bundan artıq nəsə deyə bilmərəm”.

Alisk qeyd edib ki, bu məsələdə son sözü Rusiya təmsilçisi deyəcək. “Qarabağ” Kadini qaytarmağa, futbolçu özü də Azərbaycana dönməyə hazırdı. Lakin “Krasnodar”la qüvvədə olan müqaviləyə görə, rusların hansı qərar verəcəyi maraqla gözlənilir. “Hazırda "Krasnodar"ın qərarını gözləyirik", - deyə Alisk vurğulayıb.

Qeyd edək ki, Kadi Borges “Krasnodar”a 2023-cü ilin yanvarında "Qarabağ"dan keçib. O, 2023/24 mövsümündə Rusiya klubunda 33 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest