“Sumqayıt”la Abu Dosso arasındakı müqavilənin müddəti bitib və tərəflər arasında yeni sözləşmənin imzalanmasına ehtiyac duyulmayıb.

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi futbolçusu Abu Dosso ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sumqayıt”la Dosso arasındakı müqavilənin müddəti bitib və tərəflər arasında yeni sözləşmənin imzalanmasına ehtiyac duyulmayıb. “Kimyaçılar” 28 yaşlı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən "Sumqayıt"ın formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest