İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, bununla ikinci finalçı müəyyənləşib.

"Fiorentina"nı qəbul edən "Atalanta" erkən qolla hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanmağı bacarıb. İlk qarşılaşmada bərabərlik qeydə alındığından, "Atalanta" tarixində 4-cü dəfə finala vəsiqə qazanıb.

Berqamo təmsilçisinin həlledici oyundakı rəqibi "Latsio" olacaq. Final matçı mayın 15-də Romadakı Olimpiya stadionunda oynanılacaq.

 

İtaliya kuboku

Yarımfinal, cavab oyunu

25 aprel

"Atalanta" – "Fiorentina" – 2:1

İliçiç, 14 (pen.); Qomes, 69 – Muriel, 3

İlk oyun – 3:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest