Cabir Əmirli ilə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, o, daha 1 il “dənizçilər”də çıxış edəcək.

“Səbail”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, paytaxt klubu Cabir Əmirli ilə əməkdaşlığı davam etdirməyi lazım bilib.

27 yaşlı müdafiəçi ilə yeni müqavilə imzalanıb. Razılaşmaya əsasən, Əmirli daha 1 il “dənizçilər”də çıxış edəcək.

Cabir Azərbaycan Premyer Liqasının başa çatan 2023/2024 mövsümündə 14 oyunda forma geyinib.

Qeyd edək ki, Bakı təmsilçisi bunadək Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev, Rüfət Abdullazadə və Süleyman Əhmədovla yeni sözləşməyə qol çəkib və Fərid Nəbiyevi heyətinə qatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest