"Qalatasaray" rəhbərliyi komandanın baş məşqçisi Okan Burukla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, İstanbul klubu bu gün təcrübəli mütəxəssis üçün imza mərasimi təşkil edib.

"Ali Sami Yen" stadionunda baş tutan mərasimdə tərəflər arasında 2 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, Okan Buruk 2022-ci ildən "Qalatasaray"ı çalışdırır. Onun rəhbərliyi altında “cim-bom” ardıcıl 2 dəfə Türkiyə Superliqasının qalibi adını qazanıb. Bundan əlavə, komanda bu mövsüm Türkiyə Superkubokunun da qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest