07 İyun 2024, 14:27
FUTBOL
Vüsal Məsimovun “sarı-göylər"lə müqavilə müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.
"Kəpəz" klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi futbolçusu Vüsal Məsimovla yollarını ayırıb.
Bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
Məsimovun “sarı-göylər"lə müqavilə müddəti başa çatıb və onunla yeni sözləşmə imzalanmayıb.
Qeyd edək ki, Vüsal “Kəpəz”lə yolları rəsmən ayrılan ikinci futbolçu olub. Onadək Elçin Əlicanov gəncəlilərlə vidalaşaraq "Zirə"yə keçib.