Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirib. Matc.az xəbər verir ki, yığmamız Albaniya ilə qarşılaşıb.
Avropa çempionatına hazırlaşan rəqiblə qarşılaşma “Haladas SportKomplexum”da reallaşıb. Yerli hakimlər briqadasının idarə etdiyi görüş məhsuldar alınıb. Belə ki, komandamız Albaniyanın vurduğu üç qoldan yalnız birinin əvəzini çıxa bilib.
Yoldaşlıq görüşü
7 iyun
Albaniya – Azərbaycan - 3:1
Qollar: Nedim Bayrami, 12, Rey Manay, 81, Kazim Laçi, 88 // Musa Qurbanlı, 90
Hakimlər: Mixali Kaprali, İstvan Albert, Gerqo Viqh-Tarsonyi, İstvan Vad (Macarıstan)
Sombatxey, “Haladas SportKomplexum”
Albaniya: Tomas Strakoşa, Elseid Hüsay, Arlind Ayeti, Berat Cimsiti, Mario Mitay, Kristyan Aslani, Yulber Ramadani, Nedim Bayrami, Yasir Asani, Armando Broya, Taulyant Seferi
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.