Türkiyə Superliqasında çıxış edən "Antalyaspor" yeni baş məşqçisi Aleks de Souza ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Antalya təmsilçisi braziliyalı mütəxəssis ilə 2 illik sözləşmə imzalayıb.

Qeyd edək ki, Aleks daha əvvəl "San Paulu"nun U-20 komandasında və "Avai"də (Braziliya) çalışıb.

Xatırladaq ki, Braziliya millisinin sabiq üzvü Türkiyədə "Fənərbaxça"dakı çıxışları ilə tanınıb. O, 2004-2012-ci illərdə İstanbul klubunun formasını geyinib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest