PSJ-nin hücumçusu Kilian Mbappenin “Real”a transferi yaxın günlərdə açıqlanacaq. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü yeni klubunun adını açıqlamasa da, münasibətlərin tezliklə rəsmiləşəcəyini bildirib.

“Növbəti klubum tezliklə rəsmiləşəcək. Bu, bir neçə günə müəyyənləşəcək. Mən bunu gözləyə bilmirəm, xoşbəxtəm. Bizə sadəcə bir neçə gün gözləmək lazımdı”, - deyə Mbappe söyləyib.

Qeyd edək ki, Kilian Mbappe bir müddət əvvəl iyunun sonunda PSJ-dən ayrılacağını açıqlamışdı. Onun “Real”la 5 illik müqavilə imzalaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest