Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Estoniya yığması kapitansız qalıb. Matc.az xəbər verir ki, komandanın lideri Konstantin Vassilyev milli karyerasını başa vurub.

Bunu 38 yaşlı yarımmüdafiəçi Estoniya Futbol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib. Daha əvvəl isə 38 yaşlı Raqnar Klavan da eyni addımı atmışdı. Vassilyev iyunun 4-də İsveçrə ilə keçiriləcək yoldaşlıq görüşündə sonuncu dəfə yığmasının formasını geyinəcək. O, 2006-cı ildən millidə çıxış edir.

Qeyd edək ki, Azərbaycan və Estoniya yığmaları Millətlər Liqasının C liqasının I qrupunda qərarlaşıblar. Bu komandalar arasında oyunlar oktyabrın 11-də və noyabrın 16-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest