“Barselona”nın 28 yaşlı müdafiəçisi Klement Lenqle “Aston Villa”da icarə əsasında çıxış etdikdən sonra kluba qayıdacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumtı Qabriel Sans “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, birmingemlilər fransalı futbolçunu almaq fikrində deyil. O da məlum olub ki, “Barselona” futbolçunu heyətində düşünmədiyindən Lenqleni icarəyə vermək üçün yeni klub axtaracaq.

Xatırladaq ki, daha əvvəl futbolçu ilə İtaliyanın iki klubunun – “Napoli” və “Milan”ın maraqlandığı bildirilirdi.

Qeyd edək ki, bu mövsüm fransalı futbolçu "Aston Villa"nın heyətində bütün turnirlərdə 25 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest