22 May 2024, 19:35
FUTBOL
İspaniyanın "Barselona" klubu səkkiz il ərzində 1,4 milyard avro kredit ödəməlidir.
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi dörd il ərzində bu məbləğin təxminən yarısını ödəməlidir.
Analitiklər hesab edirlər ki, qeyd olunan tarixə qədər "Barselona" tələb olunan məbləğə sahib ola bilməyəcək və bu səbəbdən klub borcu yenidən maliyyələşdirməli olacaq.