22 May 2024, 18:11
FUTBOL
Azərbaycan I Liqasında 2023/2024 mövsümü başa çatıb. Matc.az xəbər verir ki, son turda qeydə alınan nəticələrdən sonra mövsümün qalibi müəyyənləşib.
XXVII turda "Araz Saatlı"nı qəbul edən “Şamaxı” 3:1 hesablı qələbə qazanaraq çempion olub və növbəti mövsüm Premyer Liqada oynamaq hüququ qazanıb.
"Mingəçevir"in qonağı olan “Qaradağ Lökbatan" isə səfərdə 2:2 hesablı heç-heçə edib və mövsümü ikinci pillədə başa çatdırıb.
Turun digər oyunlarında bu nəticələr qeydə alınıb: MOİK - “İmişli” - 2:1; “İrəvan” - “Karvan” - 3:8; “Difai Ağsu” - “Zaqatala” - 1:1.
Qeydə alınan nəticələrdən sonra "Şamaxı" 57 xalla mövsümü 1-ci, "Qaradağ Lökbatan" 54 xalla 2-ci, MOİK 49 xalla 3-cü pillədə başa çatdırıb.