22 May 2024, 17:38
FUTBOL
UEFA Avropa Liqasının 2026-cı ildə keçiriləcək final matçına ev sahibliyi edəcək stadionun adı açıqlanıb. Matc.az xəbər verir ki, AL-in 2 il sonra baş tutacaq həlledici qarşılaşması Türkiyəyə həvalə edilib.

Belə ki, həmin oyun İstanbul şəhərində yerləşən “Beşiktaş” stadionunda keçiriləcək. İstanbul 1 il sonra - 2027-ci ildə isə Konfrans Liqasının final qarşılaşmasına ev sahibliyi edəcək.
Qərarlar UEFA İcraiyyə Komitəsinin Dublində təşkil olunan iclasında qəbul edilib.