Gələn həftə çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. Matc.az saytının məlumatına görə, "Barselona" və "Ayaks"la yanaşı, İngiltərənin 2 klubu - "Liverpul" və "Tottenhem" də yoluna davam edir.

Bununla 10 ildən sonra ilk dəfə İngiltərənin 1-dən çox iştirakçısı yarımfinala qədər irəliləməyi bacarıb. "Mançester Yunayted" də mərhələ adlamağı bacarsaydı, ingilislər 2006/07, 2007/08 və 2008/09 mövsümlərindəki göstəricini təkrarlayacaqdı.

 

Son illər yarımfinalda ən çox klubu olan ölkələr:

2018/19. İngiltərə - 2 ("Liverpul", "Tottenhem")

2017/18. Heç bir ölkənin 1-dən çox nümayəndəsi olmayıb.

2016/17. İspaniya - 2 ("Atletiko", "Real")

2015/16. İspaniya - 2 ("Atletiko", "Real")

2014/15. İspaniya - 2 ("Barselona", "Real")

2013/14. İspaniya - 2 ("Atletiko", "Real")

2012/13. Almaniya - 2 ("Bavariya", "Borussiya" Dortmund); İspaniya - 2 ("Barselona", "Real")

2011/12. İspaniya - 2 ("Barselona", "Real")

2010/11. İspaniya - 2 ("Barselona", "Real")

2009/10. Heç bir ölkənin 1-dən çox nümayəndəsi olmayıb.       

2008/09. İngiltərə - 3 ("Arsenal", "çelsi", "Mançester Yunayted")

2007/08. İngiltərə - 3 ("çelsi", "Liverpul", "Mançester Yunayted")

2006/07. İngiltərə - 3 ("çelsi", "Liverpul", "Mançester Yunayted")

2005/06. İspaniya - 2 ("Barselona", "Vilyarreal")

2004/05. İngiltərə - 2 ("çelsi", "Liverpul")

2003/04. Heç bir ölkənin 1-dən çox nümayəndəsi olmayıb.

2002/03. İtaliya - 3 ("Milan", "İnter", "Yuventus")

2001/02. İspaniya - 2 ("Barselona", "Real")

2000/01. İspaniya - 2 ("Real", "Valensiya")

1999/2000. İspaniya - 3 ("Barselona", "Real", "Valensiya")

 

Yoluna davam edən İngiltərə təmsilçiləri yarımfinalda fərqli ölkələrin nümayəndələri ilə qarşılaşacaq. Halbuki 1999-2000 mövsümündən bəri 9 dəfə eyni ölkə təmsilçiləri yarımfinalda üz-üzə gəlib.

 

Yarımfinalda qarşılaşan eyni ölkə təmsilçiləri:

2016/17. İspaniya: "Real" - "Atletiko" - 4:2 (3:0, 1:2)

2010/11. İspaniya: "Barselona" - "Real" - 3:1 (2:0, 1:1)

2008/09. İngiltərə: "Mançester Yunayted" - "Arsenal" - 4:1 (1:0, 3:1)

2007/08. İngiltərə: "çelsi" - "Liverpul" - 4:3 (1:1, 3:2)

2006/07. İngiltərə – "Liverpul" - "çelsi" - 1:1 (1:0, 0:1. penaltilərlə - 4:1)

2004/05. İngiltərə: "Liverpul" - "çelsi" - 1:0 (0:0, 1:0)

2002/03. İtaliya: "Milan" - "İnter" -1:1 (0:0, 1:1. Səfər qolu "Milan"ı finala çıxarıb)

2001/02. İspaniya: "Real" - "Barselona" - 3:1 (2:0, 1:1)

1999/2000. İspaniya: "Valensiya" - "Barselona" - 5:3 (4:1, 1:2)

 

"Tottenhem" və "Liverpul" yarımfinaldan üzüağ çıxsa, İngiltərə finalına şahidlik edəcəyik. Son 20 ildə isə 6 dəfə eyni ölkə klubları finalda qarşılaşıb. "Dumanlı Albion" təmsilçiləri həlledici görüşə vəsiqə əldə etsə, 11 il əvvəlki göstərici təkrarlanacaq.

 

Finalda qarşılaşan eyni ölkə təmsilçiləri:

2015/16. İspaniya: "Real" - "Atletiko" -1:1 (Penaltilərlə - 5:3)

2013/14. İspaniya: "Real" - "Atletiko" - 4:1

2012/13. Almaniya: "Bavariya" - "Borussiya" (Dortmund) - 2:1

2007/08. İngiltərə: "Mançester Yunayted" - "çelsi" - 1:1 (Penaltilərlə - 6:5)

2002/03. İtaliya: "Milan" - "Yuventus" - 0:0 (Penaltilərlə - 3:2)

1999/2000. İspaniya: "Real" - "Valensiya" - 3:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest