Yamaykalı atlet, səkkizqat olimpiya çempionu Useyn Bolt PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe haqda danışıb.
 
Matc.az xəbər verir ki, bu barədə o, "Marca"ya açıqlama verib:
 
“Bu, nadir keyfiyyətdir. İnsanlar bunun asan olduğunu düşünə bilər. Amma Kilianın xüsusi istedadı var. Mbappe çox sürətlidir. O, topla çox tez qaçır. Mən onu 100 metr məsafədə məğlub edə bilərəmmi? Bəli, bacarıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest