"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya A seriyasında "Kalyari" ilə heç-heçə etdikləri oyunu (2:2) şərh edib.
 
Matc.az xəbər verir ki, bu barədə mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:
 
“7 əks-hücum buraxdıq və səhvlər etməyə davam etdik. Mübarizə aparmalı idik, amma oyuna girmədik və texniki baxımdan mümkün olan bütün səhvlərə yol verdik. İkinci hissədə oyun dəyişdi və biz yaxşılaşdıq.
 
Matçın başlanğıcını rəqibinizə verə bilməzsiniz. Bəxtiniz gətirsə, 0-0 oynayacaqsınız, amma bu gün 2 qol buraxdıq. Kalyaridə oynamaq və qalib gəlmək həmişə çətindir. Əgər böyümək və səviyyəni yüksəltmək istəyirsinizsə, oyunları başa düşməlisiniz".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest