Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, 1/4 final mərhələsindəki cütlər müəyyənləşib.

Həmçinin yarımfinal cütləri bəlli olub. Bununla da mövsümün son püşkü baş tutub.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 9-10-da və 16-17-də, yarımfinalın matçları isə 30 aprel – 1 may və 7-8 may tarixlərində oynanılacaq. Final görüşü iyunun 1-də Londonun “Uembli” stadionunda reallaşacaq.

Çempionlar Liqası

1/4 final:

“Arsenal” (İngiltərə) - “Bavariya” (Almaniya)

“Atletiko” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

PSJ (Fransa) - “Barselona” (İspaniya)

Yarımfinal:

“Atletiko” - “Borussiya” cütünün qalibi / PSJ - “Barselona” cütünün qalibi

“Arsenal” - “Bavariya” cütünün qalibi / “Real” - “Mançester Siti” cütünün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest