Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Matc.az xəbər verir ki, turun son oyunları Qəbələ və Bakıda baş tutub.

Autsayder “Qəbələ” “Səbail”i qəbul edib. Görüş "dənizçilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Turun bağlanış matçında ölkənin ən titullu klubları üz-üzə gəlib. Çempion səfərdində “Neftçi” ilə qarşılaşıb. Görüş ağdamlıların 4:1 hesablı darmadağını ilə

başa çatıb. 

Qeyd edək ki, turun ilk 3 oyununda “Kəpəz” “Sumqayıt”a (3:1), “Sabah” “Araz-Naxçıvan”a (2:0) qalib gəlib, “Zirə” – “Turan Tovuz” (1:1) qarşılaşması heç-heçə başa çatıb.

Azərbaycan Premyer Liqası
XXV tur
3 mart

"Qəbələ" – "Səbail" 2:3 

Qollar: Ürfan Abbasov, 13. Osama Xalayla, 26 - Yusif Nəbiyev, 59. Rüfət Abdullazadə, 65. Nir Bardea, 90+2

Qırmızı vərəqə: Osama Xalayla, 42
Baş hakim: 
Rauf Cabarov
Qəbələ şəhər stadionu

Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 17. Yaovi Akakpo, 8. Gilad Abramov

Baş məşqçi: Kaxaber Tsxadadze

 

"Səbail": 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Queta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev


"Neftçi" – "Qarabağ" 1:4 

Qol: Ozobiç, 71 (p) - Nəriman Axundzadə, 47. Toral Bayramov, 60 (p), 90+4. Andrade, 90+8 
Baş hakim:
 Elçin Məsiyev
Neftçi Arena

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski

Ehtiyat oyunçular: 1. İvan Brkiç, 30. Aqil Məmmədov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 9. Andre Şinyaşiki, 20. Alfa Konte

Baş məşqçi: Miodraq Bojoviç

Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest