“Araz-Naxçıvan”da maliyyə probleminin olması barədə heç bir məlumatım yoxdu”. Bunu matc.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Mohammed Kadiri deyib.
 
Qanalı yarımmüdafiəçi klubda maliyyə probleminin yaranması ilə bağlı yayılan informasiyaları təkzib edib: “Biz maaşlarımızı vaxtında alırıq. Maliyyə baxımından komandada hansısa sıxıntı hiss etmirik”.
 
27 yaşlı orta sahə oyunçusu Premyer Liqanın XVI turunda “Zirə” ilə keçiriləcək səfər matçında uğurlu nəticə qazanmaq istəyəcəklərini söyləyib: “Zirə” çox yaxşı komandadı. Çətin oyun olacaq. Birinci dövrədə onları məğlub etmişdik. Bu dəfə də eyni nəticəni təkrarlamaq üçün hər şeyi edəcəyik. Məşqlərdə baş məşqçinin verdiyi tapşırıqlara tam şəkildə əməl etməliyik”.
 
Qeyd edək ki, “Zirə” – “Araz-Naxçıvan” oyunu dekabrın 9-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest