"Neftçi" Topaz Premyer Liqasının VIII turu çərçivəsində qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı bazada məşqə çıxıb. 

Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən hələ dönməyən Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Komandanın ən yaxşı bombardiri olan fransalı futbolçunun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 17:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest