AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Matç.az saytı xəbər verir ki, qurum "Sumqayıt"ın müraciətinə baxıb.

Aparılmış müzakirələrdən sonra "Gənclik şəhəri" təmsilçisi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınıb. Belə ki, Topaz Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Keşlə"ylə səfər oyunundakı qayda pozuntusuna görə cəzalanan məşqçi Anton Dyoçenko barədə qərar dəyişdirilib.

Məşqçinin aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə qədər azaldılıb. Klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest