"Bütün çətinliklərə baxmayaraq, kuboka sahib çıxdıq və buna görə bütün komandaya, futbolçulara, məşqçilər korpusuna təşəkkür edirəm". Matc.az xəbər verir ki, bunu "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov deyib. 
 
ölkə kubokunun finalında "Neftçi"ni məğlub edərək, ölkə kubokuna sahib çıxan əyalət təmsilçisinin rəhbəri təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, komandası layiqli qələbə qazanıb: "Həm çempionatda dördüncü yeri tutub avrokuboklara vəsiqə qazandıq, həm ölkə kubokuna sahib çıxdıq. Azarkeşlərimizi təbrik edirəm". 
 
Nəcəfovun sözlərinə görə, hazırkı heyəti saxlamaq çətin olacaq: "Bu heyəti saxlamaq çox çətindir. Amma buna nail olmağa, komandanın əsas sütunu qorumağa çalışacağıq. Yaxın günlərdə baş məşqçimizlə görüşəcəyik. Onunla müzakirələr aparacağıq. Büdcədə ciddi dəyişiklik yoxdur. Avrokuboklarda gücümüz nəyə çatırsa, onu etməyə çalışacağıq. Komanda avrokuboklara vəsiqə qazanıbsa, deməli, bunu haqq edib. Avropada hansı səviyyədə çıxış edəcəyimizi zaman göstərəcək. Komandanın gücündən artıq nəsə edəcəyini deyə bilmərəm". 
 
Klub rəhbəri bildirib ki, öncə legionerlərlə komandada qalması yöndə söhbət edəcəklər: "Əgər bizimlə razılaşmasalar, bu başqa məsələ. Konfrans Liqasında potensial rəqiblərimizi görmüsüz, başqa söz demək istəmirəm. çalışacağıq, ölkəni layiqincə təmsil edək".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest