"Milan" "Lans"ın hücumçusu Loi Openda ilə maraqlanır. Matc.az xəbər verir ki, "rossoneryerlər" 23 yaşlı belçikalının komandanı gücləndirəcəyini düşünür.
 
Bu üzdən gənc forvardla bağlı Fransa klubu ilə danışıqlara start verilib. Onun "Lans"la müqaviləsi 2027-ci ilə qədərdi. Forvardın transferi 25 milyon avro dəyərində qiymətləndirilir.
 
Qeyd edək ki, Openda bu mövsüm Liqa1-də 36 oyunda 19 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest