"Vissel Kobe" yarımmüdafiəçi Andres İnyestanın komandadan ayrıldığını açıqlayıb. Matc.az xəbər verir ki, Yaponiya klubu bunu rəsmi saytı vasitəsilə bəyan edib.
 
Bildirilib ki, 39 yaşlı ispaniyalı iyulun 1-də komandanın heyətində son oyununu keçirəcək. O, "Hokkaydo" ilə çempionat matçında doğma azarkeşlərlə vidalaşacaq.
 
Qeyd edək ki, Andres İnyesta 2018-ci ildə "Barselona"dan "Vissel Kobe"yə keçib. O, Yaponiya komandasında 133 oyunda 26 qol vurub, 25 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest